“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov U-21 lə yoxlama oynundan sonra,Albaniya millisinin “Avro-2016”da Ermənistana qalib gələcəyi halda Ağdam klubunun alban oyunçuları Ansi Aqolli və Admir Teliyə mükafat verəcəyi haqda saytımıza açıqlama vermişdi,həmən açıqlama Ermənistanda əsk-səda doğurub.
Newsport.az-ın məlumatına görə, bu ölkənin armfootball.com, arm-world.ru, www.russia-armenia.info saytları Qurbanovun fikrini oxucularına göstərib.
Yazılarda “Qarabağ”ın və Albaniya millisinin üzvü Ansi Aqollinin zarafatla söylədiyi “Qarabağ”da mənə dedilər ki, Ermənistan uduzsaz, geri qayıtma” sözləri də əksini tapıb.