AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində son görüşünü Bolqarıstana qarşı keçirəcək Azərbaycan millisi artıq Sofiyaya çatıb.
Newsport.az-ın məlumatına görə, millimiz hava limanından birbaşa qalacaqları otelə yollanıblar.
Qeyd edək ki, Bolqarıstan - Azərbaycan matçı oktyabrın 13-də Bakı vaxtilə 23:45-də keçiriləcək.