Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən, "Lill"in hücumçusu Burak Yılmaz bu ada layiq görülüb. Türk futbolçu "Molde"dən Maqnus Eykrem, "Braqa"dan Qaleno və "Milan"dan Yens Hayqeni qabaqlayıb.
Burak qrup mərhələsinin V turunda "Sparta" ilə matçda (2:1) dubl edib.