Andrey Arşavin: Yüngül xarakterlidir, tez sərxoş olur

“Zenit” və “Arsenal”ın sabiq yarımmüdafiəçisi Andrey Arşavin paytaxt əyləncələri ilə ilk dəfə danimarkalı komanda yoldaşı Niklas Bendtner vasitəsilə qarşılaşdığını açıqlayıb. Newsport.az xəbər verir ki, rusiyalı futbolçu 2009-cu ildən 2013-cü ilə qədər London təmsilçisinin formasını geyinib.

Keçmiş yoldaşı barədə danışarkən Arşavin deyib ki, Bendtner Londonun gecə həyatını onunla birlikdə kəşf edən ilk adam idi: “Sonradan məlum oldu ki, o, bir az yüngül xarakterlidir və tez sərxoş olur. Lakin bütövlükdə mehriban, şən və əyləncəni sevən bir insandır”.

Müsahibəni aparan jurnalist ilk çıxışın həqiqətən onunla olub-olmadığını dəqiqləşdirəndə Arşavin təsdiq cavabı verib. Seçimin səbəbini isə belə izah edib: “Birincisi, soyunub-geyinmə otağında yanımda otururdu. İkincisi, yaşca gənc idi. Üstəlik, şəhəri az-çox tanıdığını, hara getməyin yaxşı olacağını bildiyini görürdüm”.

Futbolçu bu fikirləri öz müəllif verilişinin son buraxılışında səsləndirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right