Sabiq futbolçu Keyni təbrik etdi

“Bayern”in sabiq futbolçusu Frank Riberi, komandanın hazırkı hücumçusu Harri Keyni “qızıl top”u qazanması münasibətilə təbrik edib.

İngilis futbolçu mükafatı bazar ertəsi Londonda keçirilən mərasimdə qəbul edib. O, səsvermədə Kilian Mbappe və Lamin Yamalı geridə qoyub.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Riberi sosial şəbəkə hesabında Keyni təbrik edərək, bunu yazıb:

“Təbriklər! Təvazökarlıq, gərgin əmək və komandaya fədakarlıq nəhayət, bəhrəsini verdi. Bu, istedadın əzmkarlıq və komanda ruhu ilə birləşdikdə mütləq mükafatlandırıldığını sübut edir. Hörmətlə!”

Frank Riberi də 2013-cü ildə “qızıl top”un əsas namizədlərindən biri olub. Lakin fransalı futbolçu səsvermədə Kriştiano Ronaldo və Lionel Messiyə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right