"Ölkə prezidentinin komandanı qəbul etməsi və təbrik etməsi futbolçulara əlavə motivasiya verəcək".
Newsport.az xəbər verir ki, bunu futbol üzrə U-15 Azərbaycan milli komandasının baş məşqçisi Famil Xəlilov deyib.
Mütəxəssis yığmamızın Bakıda start götürən U-15 Dünya Kuboku və Festivalında ilk oyunu haqda danışıb.
O, 6:0 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra ölkə başçısının onları təbrik etdiyini söyləyib:
"İlk hissədə bir az çətinlik yaşadıq. Sonra toparlanaraq layiq olduğumuz qalibiyyət əldə etdik. Qarşıda daha güclü komandalarla oyunlar var".
Xatırladaq ki, DÇ oktyabrın 30-da başa çatacaq.
Komandamız oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da Avstraliya, oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti futbolçuları ilə qarşılaşacaq.