Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Newsport.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın iki güləşçisi qızıı medal uğrunda görüşə çıxacaq.
55 kq çəki dərəcəsində 4 qat dünya çempionu Eldəniz Əzizli finalda iranlı Payam Əhmədi ilə üz-üzə gələcək.
77 kq-da isə Sənan Süleymanov həlledici görüşdə Moldova təmsilçisi Aleksandrin Qutu ilə qarşılaşacaq.
Bundan başqa bun gün Azərbaycanın 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.
72 kq çəki dərəcəsində Ülvi Qənizadə ilk mərhələdən azaddır. 97 kq-da Murad Əhmədiyev Cənubi Koreya təmsilçisi Çon Bin Kvonla, 130 kq-da isə Sərxan Məmmədov braziliyalı Gilyerme Evanjelista Diasla qarşılaşacaq.