Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”

“Milan”ın sabiq baş məşqçisi Stefano Pioli İtaliya A seriyasına qayıtmaq istədiyini bildirib.

Newsport.az xəbər verir ki, 61 yaşlı mütəxəssis bu barədə “Corriere dello Sport”a açıqlamasında danışıb.

“Xaricə köçmək variantını nəzərdən keçirirəm, amma İtaliyada qalmaq istərdim. Burada özümü sübut etmək istəyirəm. Xaricdən çoxlu təkliflər almışam, lakin İspaniya, İngiltərə və ya Fransadan yox. İtaliyadan da bir neçə təklif olub, amma heç biri həqiqətən ciddi deyildi.

Məni hələ məşqçi kimi silmək olmaz. Bəli, son təcrübəm uğursuz oldu, amma özümü gənc hiss edirəm və hələ də futbola çox şey verə bilərəm. Əlbəttə, futbol belədir: sosial şəbəkələrdə emosiyalara əsaslanaraq insanlara tez bir zamanda damğa vururlar. Cəmi iki qələbə qazanmaq kifayətdir ki, artıq səni uğursuz məşqçi hesab etməsinlər”, – deyə o bildirib.

Piolinin son iş yeri “Fiorentina” olub. O, 2025-ci ilin noyabrında bu klubdan ayrılıb.

Mütəxəssis 2021/2022 mövsümündə “Milan”la İtaliya çempionu olub. O, karyerası ərzində “Əl-Nəsr”, “İnter”, “Latsio”, “Bolonya”, “Palermo”, “Kyevo”, “Sassuolo”, “Pyaçentsa”, “Qrosseto”, “Parma”, “Modena” və “Salernitana” klublarını da çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right