“Bu, “Tottenhem”in mövsüm ərzində göstərdiyi ən yaxşı oyun idi”

“Tottenhem”in müdafiəçisi Endryu Robertson İngiltərə Premyer Liqasının 8-ci turunda “Çelsi” üzərində qazanılan qələbəni (2:0) şərh edib.

Newsport.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, komandasının oyunundan razı qaldığını bildirib:

“Bura istənilən komanda üçün oynamağın çox çətin olduğu stadiondur. Bu matçda əla çıxış etdik və üç xalı tamamilə haqq etdik. Düşünürəm ki, bu, “Tottenhem”in mövsüm ərzində indiyədək göstərdiyi ən yaxşı oyun idi”.

“Tottenhem” bu qələbədən sonra Premyer Liqanın turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. Komanda növbəti oyununu oktyabrın 31-də doğma meydanda “Kristal Pelas”a qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right