Misli Premyer Liqasının 9-cu turunda “Şəfa” öz meydanında “Kəpəz”ə 1:2 hesabı ilə məğlub olub.
Newsport.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin baş məşqçisi Zaur Həşimov mətbuat konfransında oyunu dəyərləndirib:
“Təəssüf ki, növbəti dəfə məğlubiyyəti şərh etməli oluram. Oyuna yaxşı başlamadıq. İkinci hissədə isə tam üstünlüyü ələ aldıq və qol vurduq. Uğursuz penaltidən sonra rəqib hesabı bərabərləşdirdi, sonda isə qələbə qazandı.
Futbolçular çox gərgindirlər və bu gərginliyi üzərimizdən ata bilmirik. Ümumilikdə, oyun üslubumuz və sxemimiz yeni formalaşan komanda üçün yaxşıdır. Bilmirəm, bunu şanssızlıqla, yoxsa təcrübəsizliklə əlaqələndirim. Ancaq düşdüyümüz vəziyyət bizi kədərləndirir. Çox ağır durumdur”.