İngiltərənin "Arsenal" klubu İspaniya təmsilçisi "Atletiko"nun futbolçusu Aleks Baenanı heyətinə qatmaq istəyir.
Newsport.az "Football Transfers"a istinadən xəbər verir ki, "topçular" 2027-ci ilin yanvarında 25 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalamaq niyyətindədir.
Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.
Xatırladaq ki, Aleks Baena cari mövsüm bütün turnirlərdə 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.