Lionel Skaloninin Argentina milli komandasındakı gələcəyinə aydınlıq gəlib.
Newsport.az xəbər verir ki, federasiya 48 yaşlı mütəxəssisin müqaviləsinin müddətini uzadacaq. Bu barədə jurnalist Sezar Luis Merlo məlumat yayıb.
Skaloninin hazırkı anlaşması bu ilin sonunda başa çatır. Onunla 2030-cu ildə keçiriləcək dünya çempionatının sonuna kimi nəzərdə tutulan yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, 2018-ci ilin yayında Argentina yığmasının baş məşqçisi postuna təyin olunub. "Tanqoçular" onun rəhbərliyi altında DÇ-2022-nin qalibi olub, 2026-cı ildə isə finalda İspaniyaya məğlub olub.