“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Komo”ya böyükhesablı məğlubiyyətindən sonra məşqçilər korpusunun taktiki qərarlarını tənqid edib.
Newsport.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Portuqaliyalı yarışmmüdafiəçi 1:4 hesablı məğlubiyyətdən sonra komandanın pressinq strategiyasından narazılığını bildirib: “Bütün bunlar məşqçilər korpusunun qərarıdır. Onlar fərdi pressinq tətbiq etməməyə, rəqibi qarşılamağa və topa sahib olmasına şərait yaratmağa qərar veriblər. Ancaq belə komandalara həddindən artıq topa sahib olmaq imkanı yaradanda onlar özlərinə daha çox inanırlar. Bu isə futbolçuların daha çox qaçmasına, yorulmasına və topu ələ keçirdikdən sonra düzgün qərarlar verməkdə çətinlik çəkməsinə səbəb olur” – deyə Fernandeş bildirib.
Portuqaliyalı yarımmüdafiəçi daha cəsarətli oynamağın və rəqibə yüksək pressinq tətbiq etməyin vacibliyini də vurğulayıb.
“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik isə komandanın çıxışından narazı qalıb. O, Fernandeş cavab olaraq taktiki yanaşmadan asılı olmayaraq, futbolçuların meydanda daha çox mübarizə aparmalı olduğunu deyib.
“Hansı taktikanı seçməyinizdən asılı olmayaraq, geriyə qaçmırsınızsa, qalib gələ bilməzsiniz” – deyə Karrik bildirib.
Mütəxəssis məğlubiyyətə münasibət bildirərkən futbolçuların motivasiya və mübarizə əzminə də toxunub: “Çox əsəbiyəm. Belə oynamaq qəbuledilməzdir. Futbol matçında motivasiya, istək və intensivlik nümayiş etdirməlisiniz. Bu gün bunları göstərə bilmədik. Nə vaxt tam gücünüzlə oynayacağınıza özünüz qərar verə bilməzsiniz”.
Qeyd edək ki, “Mançester Yunayted” bütün turnirlər nəzərə alınmaqla ardıcıl 7-ci matçda qələbə qazana bilməyib.