Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 10-cu turunda “Neom”la oyunda penaltidən yararlana bilməyib.
Newsport.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində penaltini yerinə yetirən portuqaliyalı ulduz topu qapıdan kənara göndərib. Zərbə qapıçının sağındakı dirəyin yanından keçib. Həmin vaxt hesab 1:0 olub.
Qeyd edək ki, Ronaldo karyerası ərzində 183 penaltini qola çevirib, 37 zərbədə isə uğursuzluqla üzləşib.