Almaniyanın “Borussiya”(Dortmund) klubunun qapıçısı Qreqor Kobel Çempionlar Liqasının üçüncü turunda Bakıda "Sabah" üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib.
Newsport.az UEFA-ya istinadən xəbər verir ki, alman qolkiper Azərbaycan çempionu ilə görüşdəki qalibiyyəti haqda bunları deyib:
"Daha əvvəl bir və ya iki qol vura, daha sakit axşam keçirə bilərdik. Çoxlu qol şansları yaratdıq. Son həftələrdə olduğundan daha çoxunu da etdik. Bu, çox müsbət inkişafdır. Matçın nəticəsini daha tez müəyyən edə bilməməyimiz bir az təəssüf doğurur".