"Liverpul"un kapitanı: "Tənqidləri qəbul edirəm"

"Liverpul"un kapitanı Vircil van Deyk Çempionlar Liqasında “Vilyarreal”a 4:3 hesabı ilə məğlub olduqları oyunda səhvinin ilk qola səbəb olduğunu etiraf edib.

Newsport.az “The Sun”a istinadən xəbər verir ki, niderlandlı oyunçu görüşdən sonra sosial mediada paylaşım edib:

"Oyunun ən yaxşı başlanğıcı deyil, tənqidləri qəbul edirəm. Komandanın reaksiyası inanılmaz idi, bununla inanılmaz dərəcədə qürur duyuram".

Qeyd edək ki, "Liverpul" 3 turdan sonra 7 xalla 2-ci pillədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right