“Sabah” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
Newsport.az xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin 3-cü turunda Almaniyanın “Borussiya” (Dortmund) komandasını qəbul edəcək.
Bakı Olimpiya Stadionunda baş tutacaq oyun saat 20:45-də başlayacaq. Görüşü ispaniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Xavyer Alberola Roxas olacaq.
“Sabah” ilk turda səfərdə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzub, daha sonra “Slaviya”nı 2:0 hesabıyla yenib. “Borussiya” isə evdə “Vilyarreal”ı 3:2 hesabı ilə məğlub edib, səfərdə “Bodo Qlimt”ə 0:1 hesabı ilə uduzub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur
20 oktyabr
Sabah – Borussiya (Dortmund)
Baş hakim: Xavyer Alberola Roxas (İspaniya).
Bakı Olimpiya Stadionu. Saat 20:45.