“Dinamo” baş məşqçini istefaya göndərdi

Ukrayna Premyer Liqasının 9-cu turunda “Polissya”ya 1:3 hesabı ilə uduzan “Dinamo”nun baş məşqçisi İqor Kostyuk istefaya göndərilib.

Newsport.az xəbər verir ki, bu barədə Kiyev təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komandanı Ukrayna çempionatının növbəti matçlarına baş məşqçi əvəzi kimi Matsey Kendzyorek hazırlayacaq.

Qeyd edək ki, Kostyuk 2025-ci ildən “Dinamo”nu çalışdırır. Komanda 8 turdan sonra 16 xalla 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right