“Sabah” və Almaniyanın “Borussiya” (Dortmund) komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyunu üçün təyinatlar açıqlanıb.
Newsport.az xəbər verir ki, liqa mərhələsinin 3-cü turunun matçı İspaniyadan olan hakimlər briqadasına tapşırılıb.
FİFA referisi Xavyer Alberola Roxasa həmyerliləri Alfredo Rodriges Moreno və Karlos Alvares Fernandes köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Victor Qarsiya Verdura yerinə yetirəcək. VAR-da Sesar Soto Qrado, AVAR-da Valentin Qomes əyləşəcək.
Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya” oyunu saat 20:45-də start götürəcək.