"Birinci hissədə pis oynamırdıq. Hesab da öndə idik, bunu davam etdirmək lazım idi. İnam yox idi, qollar buraxdıq. Elə qollar buraxdıq ki, bu cür qollar buraxmaq olmaz".
Newsport.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının 7-ci turunun "Sumqayıt"la(2:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Matçdan sonra klub rəhbərliyi paltardəyişmə otağına gəlmişdi. Nə dedi sizə?
- Bu, komanda daxili məsələdir. Nəsə deyə bilmərəm.
- Fasilədən sonra nə baş verdi? İlk hissədə dominant oynayırdınız, sonra bunun davamını gətirə bilmədiniz...
- Futbolçular hesabı saxlamaq istədilər. Öz səhvlərimizdən qollar buraxdıq.
- Bir aya yaxındadır ki, baş məşqçi postundasınız. Bu kollektivin autsayder olması nə dərəcədə realdır? Komandanın potensialı var, yoxsa reallıq budur?
- Nəyimiz varsa, onunla da davam edəcəyik. Əlbəttə ki, işimizə davam edəcəyik.
- Bu mövsüm qarşınıza avrokubok hədəfi qoyulub? Narahat deyilsiz ki, siz də sizdən əvvəlki həmkarlarınızın yaşadığı aqibəti yaşayarsınız?
- Məşqçi işi belədir, nə etmək olar? Qarşıda nə olacaq, bilmirəm.