Elvin Məmmədov: “Bu derbini maraqlı edən əsas amillərdən biri də azarkeşlərdir"

“Qarabağ”ın və Azərbaycan millisinin sabiq futbolçusu, hazırda “Neftçi” U-17 komandasının baş məşqçisi olan Elvin Məmmədov “Qarabağ” – “Neftçi” derbisi ilə bağlı fikirlərini bölüşüb.

O, Newsport.az-a açıqlamasında qarşılaşmanın maraqlı keçəcəyini bildirib.

“İnşallah, maraqlı oyun olacaq. ‘Qarabağ’ – ‘Neftçi’ derbisi hər zaman Azərbaycan futbolunun ən çox maraq doğuran qarşılaşmalarından biri olub. Bu derbini maraqlı edən əsas amillərdən biri də azarkeşlərdir. Onların tribunadakı dəstəyi və yaratdıqları atmosfer oyuna xüsusi rəng qatır.

Düşünürəm ki, ‘Neftçi’ hazırda daha yaxşı formadadır. Komanda son oyunlarda yaxşı təsir bağışlayır və sabahkı qarşılaşmada da layiqli mübarizə aparacağını gözləyirəm.

‘Qarabağ’ın heyəti yenilənib və futbolçuların bir-birinə uyğunlaşması üçün vaxt lazımdır. Cavanşir müəllimin də heyəti optimal vəziyyətə gətirməsi üçün zamana ehtiyacı var.

İnanıram ki, azarkeşlər həm meydanda gərgin mübarizənin, həm də tribunada gözəl futbol atmosferinin şahidi olacaqlar. Ümid edirəm ki, derbi həm oyun keyfiyyəti, həm də azarkeş mədəniyyəti baxımından gözləntiləri doğruldacaq”.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” matçı bu gün 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right