Millimiz DÇ-2028-in əsas mərhələsindəki ilk matçında məğlub oldu

Azərbaycanın futzal millisi bu gün DÇ-2028-in əsas mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

Newsport.az xəbər verir ki, komanda səfərdə Çexiya ilə qarşılaşıb.

Fridek-Mistekdəki "Hala Polarka" İdman Arenasında keçirilən oyun Azərbaycan millisinin məğlubiyyəti ilə başa çatıb.

16 oktyabr

Çexiya - Azərbaycan - 2:1

Qollar: M.Seidler, 5 (1:0), J.Zapotocky, 20 (2:0). Ü.Əliyev, 34 (2:1) 

Hakimlər: Peter Nurse (İngiltərə), Valentin Ciuplea (Uels), Dunkan McLulliç (Şotlandiya)

Frydek-Mistek. “Hala Polarka”

Qeyd edək ki, Azərbaycan millisi Çexiya ilə növbəti oyununu noyabrın 5-də evdə keçirəcək. Millimizin yer aldığı 12-ci qrupda digər rəqibi Latviyadır.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right