“Bayern”in vingeri Maykl Olise tezliklə klubla yeni müqavilə imzalaya bilər.
Newsport.az “Bild” nəşrinə istinadən xəbər verir ki, tərəflər 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə ilə bağlı danışıqların son mərhələsindədir. “Real”ın ciddi marağına baxmayaraq, fransalı futbolçu Münhen klubundan ayrılmaq niyyətində deyil.
Yeni razılaşmaya əsasən, Olisenin maaşının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Bununla da, o, “Bayern”in ən yüksək maaş alan oyunçularından birinə çevrilə bilər.
24 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 9 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.