“Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Rəşad Sadiqov bu komandalar arasında sabah baş tutacaq derbidən danışıb.
O, Newsport.az-a açıqlamasında maraqlı oyun gözlədiyini bildirib:
“Qarabağ” və “Neftçi” əzəli rəqiblərdi, belə deyərdim. Bu iki komandanın oyununda derbi havası canlanır. Mənə görə çox maraqlı oyun olacaq. İki fərqli komandadır. Son illərdə çempionluğa oynamaq istəyən və yüksəlişə qalxan bir “Neftçi”ni görürük. “Neftçi” heyət olaraq son illərin ən yaxşı heyətinə malikdir. Və yenilənmiş bir “Qarabağ görürük” ki, köhnə futbolçular gedib, yeni futbolçular qatılıb. Bəziləri uyğunlaşır, bəziləri uyğunlaşmır. İstəyirəm ki, maraqlı bol qollu və mübarizəli bir oyuna baxaq. Hər iki komandada oynamışam. Həm “Qarabağ”da, həm “Neftçi”də yaxşı günlərim olub, xoş xatirələrimiz olub. Hal-hazırda “Qarabağ”da çalışıram. İnşallah ki, mən istəyərəm “Qarabağ” qalib gəlsin. Hesabın necə olacağını bilmirəm, bunu oyun göstərəcək. Bir də onu demək istəyərdim ki, həm “Qarabağ”ın, həm də “Neftçi” azarkeşləri stadiona gəlmələri çox yaxşı olardı. Çünki ayrı şəhərlərin komandası olsa da, derbi sayılır”.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” matçı sabah 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.