Türkiyə milli komandasının keçmiş hücumçusu Nihat Kahveci Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Sabah” və “Slaviya” komandaları arasında Bakıda keçirilmiş oyun barədə şərh verib (2:0).
Newsport.az xəbər verir ki, Türkiyə mətbuatına danışan veteran futbolçu Azərbaycan çempionu haqda bunları deyib:
"Sabah”a afərin. Bu klubun məşqçilər heyətini, oyunçularını, klub prezidentini və rəhbərliyini təbrik edirəm. Azərbaycanlı futbol azarkeşlərini də təbrik edirəm. Qeyd etmək istərdim ki, "Slaviya" gələn həftə İstanbula "Fənərbaxça" ilə oyun üçün gələcək. Ümid edirəm ki, "Fənərbaxça" "Sabah"dan nümunə götürəcək və Çexiya komandasından üç xal ala biləcək".