Qismət Alıyevin millidən kənar qalma səbəbi Ayxan Abbasov onu tənbeh edib, cavabını alıb

"Zirə"nin kapitanı Qismət Alıyevin millinin son oyunlarına çağrılmaması müzakirələrə səbəb olub. Mövzu ilə bağlı araşdırma aparıb, cinah müdafiəçisi ilə bağlı maraqlı məlumat almışıq.

Newsport.az Sportal.az-a istinadən xəbər verir ki, Qismət Alıyevlə yığmanın baş məşqçisi Ayxan Abbasov arasında problem yaşanıb. Hadisə iyun ayında keçirilən Malta ilə yoldaşlıq oyununda baş verib. Köməkçilərindən biri Ayxan Abbasova deyib ki, 70-ci dəqiqədə əvəzlənən Qismət Alıyev meydanı deyinərək tərk edib. 

Millinin çalışdırıcısı "Zirə"nin kapitanını yanına çağıraraq tənbeh edib. Qismət Alıyev bunu cavabsız qoymayıb və bildirib ki, deyilənlər həqiqətə uyğun deyil. Həmin söhbətin nəticəsi kimi Ayxan Abbasov onun "üstündən xətt çəkib". 

Qeyd edək ki, həmin matçda Azərbaycan Maltaya 0:2 hesabı ilə məğlub olub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right