Şeydayev oynadı, komandası qalib gəldi

Azərbaycanlı futbolçu Ramil Şeydayevin də formasını geyindiyi "Soçi" Rusiya Birinci Liqasında 14-cü tur oyununa çıxıb.

Newsport.az xəbər verir ki, komanda səfərdə "Rotor"la qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Matçdakı yeganə qolu 17-ci dəqiqədə İrakli Manelov öz qapısından keçirib. 

Ramil də bu oyunda iştirak edib. O, 83-cü dəqiqədə Aleksandr Metsievin əvəzinə meydana çıxıb. 

"Soçi" hazırda 29 xalla ikinci pillədədir. Şeydayevin komandası lider “Pari NN”dən 5 xal geri qalır. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right