İki günə qırılan rekord

“Milan”ın yarımmüdafiəçisi Alfaco Sisse avrokubok matçında het-trik edən ən gənc italiyalı futbolçu olub.

Newsport.az xəbər verir ki, o bunu UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda, “Zaltsburq”a qarşı matçda (4:0) reallaşdırıb.

Sisse 19 yaş 358 günlüyündə het-trikə imza atıb. Əvvəlki göstərici cəmi iki gün əvvəl “Brügge”nin (Belçika) hücumçusu Nikolo Trezoldi tərəfindən müəyyənləşdirilmişdi. O, oktyabrın 14-də UEFA Çempionlar Liqasında Milan “İnter”i ilə oyunda (4:3) 22 yaş 54 günlüyündə het-trikə imza atmışdı.

Qeyd edək ki, Trezoldinin nəticəsinə qədər rekord 1997/1998 mövsümündə Çempionlar Liqasının yarımfinalında “Monako” ilə görüşdə (4:1) üç dəfə fərqlənən "Yuventus"un üzvü Alessandro Del Pyeroya (23 yaş 144 gün) məxsus idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right