“Arsenal”ın azarkeşləri ona görə narahatdırlar

“Sabah”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Arsenal”ın azarkeşləri hücumçu Viktor Qyokereşin komandadakı çıxışından və rolundan narahatdırlar.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, azarkeşləri narahat edən əsas məqam isveçli futbolçunun bu mövsüm İngiltərə klubunun heyətində keçirdiyi 7 oyunda qol vura bilməməsidir. Forvard bunun əksinə, İsveç millisinin heyətində Millətlər Liqasında keçirdiyi 4 qarşılaşmanın hər birində fərqlənib.

Qyokereş hazırda “Arsenal”ın əsas heyətində daimi yerini təmin edə bilməyib. 27 yaşlı futbolçu komandada rəqabətdə almaniyalı hücumçu Kay Havertsdən geri qalır.

Qyokereş 2025-ci ilin yayından “Arsenal”da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2030-cu il iyunun 30-dək qüvvədədir.

”Arsenal” “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridir. Komandalar yanvarın 20-də, İngiltərədə qarşı-qarşıya gələcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right