Valdas Dambrauskas: "Qarabağ" - "Neftçi" matçını neytral azarkeş kimi izləyəcəyəm"

“Sabah” Misli Premyer Liqasının VIII turunda səfərdə “Qəbələ”ni 4:0 hesabı ilə məğlub edib.

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

– Bu oyun “Borussiya” ilə matça hazırlıq baxımından faydalı oldu?

– Bizim üçün ən önəmlisi bugünkü oyun idi. Bakıya qayıtdıqdan sonra “Borussiya” ilə matça hazırlığa başlayacağıq. Yolumuza addım-addım davam edirik.

– “Qarabağ” – “Neftçi” matçı ilə bağlı düşüncələriniz necədir?

– Desəm ki, maraqlı deyil, yalan olar. Amma bəzi şeylər mənim nəzarətimdə deyil. Mən daha çox öz komandama nəzarət edə bilərəm. “Qarabağ” – “Neftçi” matçını neytral azarkeş kimi izləyəcəyəm.

– Xəyal Əliyev uzun müddətdən sonra yaşıl meydanlara qayıtdı. Onun hazırlıq durumu necədir?

– Xoşbəxtəm ki, Xəyal sıralarımıza qayıdıb. Bu gün 7-8 dəqiqə oynadı. O, bizim üçün çox önəmli futbolçudur. Meydana daxil olduqdan sonra yaxşı performans göstərdi və qol ötürməsi etdi. Çempionlar Liqasında oynayıb-oynamayacağı onun hansı formada olmasından asılı olacaq. Xəyal Azərbaycanın ən istedadlı futbolçularından biridir. Peşəkar yanaşması yaxşıdır, məşqçinin tapşırıqlarını çox yaxşı başa düşür. İrəlidə daha da yaxşı olacaq.

– Alekseyin 4-cü qolu “ayın qolu” mükafatını qazana bilər?
– Mükafat zamanı hansı meyarların önəmli olduğunu bilmirəm, mənim işim deyil. Möhtəşəm kombinasiyadan fərqləndik. Doğrudur, 10 dəqiqə əvvəl də Aleksey və Mikels eyni cür epizod yaratmışdılar, amma alınmamışdı. Bu gün futbolçularımı tərifləmək istəyirəm. Hər birinə təşəkkür edirəm. Xoşdur ki, 2-ci qoldan sonra da təzyiqimiz davam etdi və dayanmadıq. Vaxtımız olsaydı, yenə qol vurmaq istərdik. Oyuna yaxşı başlamamışdıq, ilk dəqiqələrdə toparlana bilmirdik. Lakin sonradan toparlana bildik.

– Qəbələyə gələn komandaların baş məşqçiləri hava şəraitinin futbolçulara pis təsir etdiyini deyir. Siz nə düşünürsünüz?
– Digər klubların səyahət planını bilmirəm. Biz matçdan bir gün öncə buraya gəlirik. Yaxşı şərait, məşq bazası var. İstənilən havada oynamağı bacarmalıyıq. Bu gün məğlub olsaydıq, yenə havadan danımayacaqdım. Bunu öz performansımızla əlaqələndirəcəkdim.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right