“Milan”ın baş məşqçisi Ruben Amorim futbolçularının komandadakı rəqabətə yanaşmasının necə olmalı olduğunu açıqlayıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis hər kəsin əsas heyətdə oynaya biləcəyinə inanmalı olduğunu bildirib:
“Hər kəs əsas heyətdə oynaya biləcəyinə inanmalıdır. Həmçinin, hamı heyətdəki yerini itirə biləcəyini də bilməlidir. Məhz buna görə mövsüm ərzində rəqabətədavamlı 22 futbolçuya ehtiyacımız var”.
“Milan” İtaliya A seriyasında 6 turdan sonra 12 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Amorimin rəhbərlik etdiyi komanda növbəti turda, oktyabrın 18-də “Atalanta”nı qəbul edəcək. Oyunun start fiti saat 20:00-da səslənəcək.