“Beşiktaş”ın yeni transferindən rekord göstərici

“Beşiktaş”ın baş məşqçisi Vinçenzo İtalyano komandaya yeni qoşulan Duşan Vlahoviçdən razılığını ifadə edib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, serbiyalı hücumçunun transferi və onunla aparılan danışıqlar barədə danışıb:

“Transferi reallaşdırmaq imkanı yarananda biz tez hərəkət etdik və onu komandaya gətirdik. Duşan yaxşı nəticələr göstərir və əminəm ki, daha artığını da edə bilər. Hazırda onun çıxışından çox razıyıq”.

Vlahoviç bundan əvvəl dörd il ərzində “Yuventus”un formasını geyinib. Serbiyalı forvard “Beşiktaş”a keçdikdən qısa müddət sonra klubun rekordlarından birini də yeniləyib. Belə ki, o, 21-ci əsrdə “qartallar”ın start heyətində meydana çıxdığı ilk dörd çempionat matçının hamısında qol vuran ilk futbolçu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right