"Tottenhem"in müdafiəçisi Pedro Porro karyerasını ölkəsində davam etdirə bilər.
Newsport.az xəbər verir ki, "Barselona" və "Real" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "TEAMtalk" proqramında məlumat verilib.
Premyer Liqa klubu 2031-ci ilin 30 iyun tarixinə kimi müqaviləsi olan Porronu yalnız bir halda sata bilər. Belə ki, onlar 27 yaşlı sağ cinah müdafiəçisi üçün 90 milyon avro tələb edirlər. Bu məbləğdən aşağı təkliflər dəyərləndirilməyəcək.
Qeyd edək ki, "Tottenhem" Pedro Porronu 2023-cü ilin yayında "Sportinq"dən 40 milyon avroya transfer edib. İspaniya millisinin üzvü cari mövsümdə London təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.