"Qalatasaray"ın əsas heyətində yerini itirən Kaan Ayhan gələcəyi ilə bağlı qərarını verib.
Newsport.az xəbər verir ki, Türkiyə millisinin üzvü İstanbul klubundan ayrılacaq. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Ayhan yanvarda "cim bom"u tərk etməyi planlaşdırır. 31 yaşlı mərkəz müdafiəçisi daha çox forma şansı qazana biləcəyi bir klubda oynamaq istəyir.
Qeyd edək ki, "Qalatasaray" Kaan Ayhanı 2023-cü ilin yanvarında "Sassuolo"dan transfer edib. Təcrübəli futbolçu cari mövsümdə İstanbul təmsilçisinin heyətində 1 rəsmi matçda cəmi 1 dəqiqə meydanda olub.