"Real"ın appelyasiya şikayəti təmin olunmadı

"Real"ın futbolçusu Vinisius Junior diskvalifikasiya səbəbindən İspaniya La Liqasının növbəti matçlarında komandasına kömək edə bilməyəcək.

Newsport.az xəbər verir ki, İspaniya Futbol Federasiyasının Apellyasiya Komitəsi "Vilyarreal"a qarşı oyunda (1:0) qırmızı vərəqə alan braziliyalı vingerin 4 oyunluq cəzası ilə bağlı "kral klubu"nun verdiyi apellyasiya şikayətini rədd etmək qərarına gəlib.

​Xatırladaq ki, qarşılaşmanın epizodlarının birində Vinisius rəqib oyunçu Natan Salibanın saçından tutub.

"Real" İntizam Məcəlləsinin maddələrinə, xüsusən də baş hakimə etirazla bağlı dəyişikliklər hesabına cəza müddətini bir neçə oyun azaltmaq istəyirdi. ​Beləliklə, Junior La Liqanın "Sevilya", "Barselona", "Rasinq" və "Valensiya"ya qarşı matçlarını buraxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right