“Tottenhem” qış transferi üçün 5 hücumçu müəyyənləşdirdi

“Tottenhem” qış transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

London təmsilçisinin baş məşqçisi Roberto De Zerbi transfer üçün 5 namizəd müəyyənləşdirib. Siyahıda “Benfika”nın hücumçusu Vangelis Pavlidis, “Espanyol”un forvardı Roberto Fernandes, “Real”ın futbolçusu Endrik, “Frayburq”un hücumçusu Matano Viç və “Kristal Pelas”ın oyunçusu Jan-Filipp Mateta yer alıb.

Qeyd edək ki, “Tottenhem” İngiltərə Premyer Liqasına uğursuz başlayıb. London klubu 6 turdan sonra cəmi 3 xal toplayıb və hələ qələbə qazanmayıb. Komanda oktyabrın 19-da VII tur çərçivəsində “Koventri” ilə qarşılaşacaq. Görüş saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right