“Barselona” İspaniya çempionatında ardıcıl qələbələr seriyası ilə diqqət çəkib.
Newsport.az xəbər verir ki, Kataloniya təmsilçisi La Liqanın IX turunda “Betis”i 5:2 hesabı ilə məğlub edərək çempionatda ardıcıl 9-cu qələbəsini qazanıb.
Hans-Diter Flikin rəhbərlik etdiyi komanda bununla 1968/1969 mövsümündə “Real”ın müəyyənləşdirdiyi nəticəni təkrarlayıb. Madrid təmsilçisi həmin mövsüm La Liqada ardıcıl 9 oyunda qalib gəlmişdi.
İndi “Barselona”nı rekordunu yeniləmək şansı gözləyir. Kataloniyalılar oktyabrın 25-də keçiriləcək X tur matçında məhz “Real”ı qəbul edəcəklər.