İspaniya millisinin və “Atletiko”nun futbolçususu Markos Lyortente koamndasını dəyişməyəcək.
Newsport.az “Sport.es”ə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafəçiyə bir çox klubdan təklif olsa da, Lyorente Madrid klubunu tərk etmək istəmir.
O, “Atletiko”nun yeni müqavilə təklifini dəyərləndirməyi planlaşdırır. İspan futbolçunun hazırkı klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Markos “Real”(Madrid), “Alaves” klublarında oynayıb.