"Çelsi"dən Martines ilə bağlı açıqlama

Londonun "Çelsi" klubu "Everton"la oyunda çənəsi sınan qapıçısı Emiliano Martinesin bərpa müddətini açıqlayıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Martines çənəsindən uğurlu əməliyyat olunub, onun meydana qayıtması isə bir neçə həftə sonra gözlənilir. Klubda futbolçuya bərpası üçün hərtərəfli dəstək vəd edilib.

Xatırladaq ki, təcrübəli qolkiper İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsində "Everton"la matçda zədələnib. Həmin vaxt Martines topu uzaqlaşdırmaq üçün cərimə meydançasını tərk edib və Carred Brantueyt ilə toqquşub.

Argentinalı qolkiper bu yay London klubuna qoşulub və yeni mövsümdə "Çelsi"nin heyətində bütün turnirlərdə 6 oyuna çıxıb, bu görüşlərdə 11 qol buraxıb və bir dəfə qapısını toxunulmaz saxlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right