Türkiyə klubunun üzvü karyerasını Azərbaycanda davam etdirməyi planlaşdırır

Azərbaycanın U-20 yığmasının, U-19 və U-21 millisinin də üzvü olan Həsən Nəzərli karyerasını qışdan sonra böyük ehtimalla ölkəmizdə davam etdirəcək. 

Newsport.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi hazırkı komandası olan “Bağlumspor”dan ayrılmağa hazırlaşır. Türkiyədə aşağı liqada oynamaq istəməyən Nəzərli Azərbaycan klublarından gələn təklifləri dəyərləndirməyi planlaşdırır. 

Bununla yanaşı, ona Türkiyə 1-ci liqasında yarışan klublardan da maraq var. Nəzərlinin daha çox oyun praktikası qazanmaq üçün ölkəmizə gələcəyi gözlənilir.

O, klub karyerasını məhz Azərbaycanda davam etdirməyi qərar verib. Həmyerlimiz “Ankaragücü”nün yetirməsidir və əsas komandasında da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right