Desayidən Vinisiusa məsləhət: "Real"dan getməlidir"

Fransa millisinin əfsanəvi keçmiş müdafiəçisi və 1998-ci ilin dünya çempionu Marsel Desayi Madrid "Real"ının vingeri Vinisius Juniora klubu dəyişməyi məsləhət görüb.

Newsport.az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.

Desayi braziliyalı ulduzun gedişinin komanda üçün faydalı olacağını düşünür:

"Hesab edirəm ki, "Real" Vinisiusun getməsinə icazə verməli idi. Klub başqa oyunçular axtarmalıdır. Biz yenə Kilian Mbappe və Vinisiusun qarşılıqlı əlaqəsindən danışırıq. Onların dueti özünü doğrultmadı. Bu səbəbdən, bir analitik kimi şəxsi fikrimə görə, Vinisius üçün getmək daha yaxşı olardı. Onda görərik ki, o, öz ünvanına deyilən bütün neqativ fikirlərdən və tənqidi rəylərdən xilas ola biləcəkmi".

Xatırladaq ki, braziliyalı futbolçu 2018-ci ilin yayından İspaniya nəhənginin şərəfini qoruyur. O vaxtdan bəri "Real"ın forması ilə 385 matça çıxıb (129 qol və 103 məhsuldar ötürmə) və 14 titul qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right