Asif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb

"Qəbələ"nin futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasında son 18 mövsümün rekordunu qırıb.

Bu barədə Newsport.az-a Peşəkar Futbol Liqasından məlumat verilib.

Bölgə təmsilçisinin kapitanı VIII turda "Sabah"la ev matçının son anlarında meydana daxil olaraq mövsümdə ilk dəfə şans qazanıb.

40 yaş 73 günlüyündə meydana çıxan yarımmüdafiəçi çempionatda son 18 mövsümün rekordunu qırıb. A.Məmmədov bu dövrdə meydana çıxan ən yaşlı futbolçu olub.

Xatırladaq ki, qarşılaşma "Sabah"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right