"Qalatasaray" üç futbolçu ilə yolları ayırmaq üçün mövsümün sonunu gözləməyə bilər. Gözləntilərdən çox uzaq qalan və ümumi illik maaşları 19,5 milyon avro olan Leroy Sane, İlkay Gündoğan və Kaan Ayhan qış fasiləsində komandadan göndərilə bilər.
Newsport.az xəbər verir ki, bu barədə "Sporx" nəşri məlumat yayıb.
Çətin dövrdə baş məşqçi Okan Buruk xüsusilə iki oyunçunu - Leroy Sane və İlkay Gündoğanı sınaqdan keçirsə də, hər ikisi gözləntilərin çox uzağında qalıb
Bunlara oyun şansı belə qazana bilməyən Kaan Ayhan da əlavə olunur. Üç oyunçunun illik xərci vergilər xaric 19,5 milyon avroya çatır.
İstanbul təmsilçisində Okan Buruk ulduz futbolçuları qazanmağa çalışsa da, heç bir nəticə vermir. Rəhbərlik baş məşqçinin hesabatına əsasən yanvar ayında vəziyyəti dəyərləndirəcək.