Bu gün Azərbaycan 2-ci liqasında 8-ci tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək. "Şəki" Zaqatalada "Zəngəzur"u, "Qaradağ Lökbatan" isə Lökbatanda "Dinamo"nu qəbul edəcək.
20 oktyabr (çərşənbə axşamı)
15:00.“Şəki” – “Zəngəzur”
Hakimlər: Rasim Musayev, Əkbər Əliyev, Ruslan Babayev, Mehdi Yusifov
Zaqatala OİK stadionu
15:00.“Qaradağ Lökbatan” – “Dinamo”
Hakimlər: Rəsul Babayev, Rizvan Süleymanov, Əhməd Əhmədsoy, Ləman Əmirli
Lökbatan OİK stadionu
18 oktyabr
“Hypers” - “Ağdaş” - 2:1
“Kür-Araz” - “Marafon” - 1:7
“Şirvan” - “Ağstafa Gəncləri” - 3:2
19 oktyabr (bazar ertəsi)
“Şəmkir” – “Difai” - 1:1