"Çelsi"nin 36 yaşlı yarımmüdafiəçisi Cordan Henderson İngiltərə milli komandasının heyətinə qayıtmaq istədiyini deyib.
Newsport.az xəbər verir ki, bu barədə "Goal.com" nəşri məlumat yayıb.
Yarımmüdafiəçi hər zaman millidə oynamaq istədiyini vurğulayıb:
"İngiltərə yığmasında oynamaq istəyim hər zaman olacaq. Hələ də ən yüksək səviyyədə çıxış edə biləcəyimi hiss edirəm, lakin "Çelsi"də öz işimi görməli, yaxşı nəticələr göstərməliyəm, sonrasına isə baxarıq. İngiltərə üçün oynamaq mənim üçün hər zaman şərəf və çox vacib bir şey olacaq.
Əgər faydalı ola biləcəyimi hiss etsəm, əlbəttə ki, millinin oyunlarında iştirak etmək istəyəcəyəm. Oynadığım və özümü yaxşı hiss etdiyim müddətdə hər zaman yığmaya çağırılmaq şansımın olmasını istəyirəm.
Əlbəttə ki, bu, məşqçidən və onun heyətlə, həmçinin digər məsələlərlə bağlı qəbul etdiyi qərarlardan asılıdır. Mən sadəcə yaxşı oyun nümayiş etdirməyə davam etməli və hər şeyi olduğu kimi qəbul etməliyəm".