“Barselona”nın yarımmüdafiəçisi Pedri mövsümün əvvəlində “Nyukasl”dan transfer edilmiş komanda yoldaşı Entoni Qordon haqqında təəssüratlarını bölüşüb.
Newsport.az “Sport.es”ə istinadən xəbər verir ki, ispan futbolçu Qordonun keyfiyyətli oyunçu olmasını qabardıb:
“Qordonla çox yaxşı yola gedirik, əla münasibətlərimiz var. Onunla işləmək çox asandır. Qordonun ustalıq səviyyəsi məni təəccübləndirdi. Əvvəllər rəqib kimi oynayırdıq, amma o vaxtlar onu hər gün izləyə bilmirdim. Əminəm ki, o, komandamız üçün uğurlu olacaq”.
Qeyd edək ki, Qordonun "Barselona" ilə müqavilə müddəti 2031-ci il iyunun 30-na qədərdir.