"Liverpul" iki yarımmüdafiəçini – "Bornmut"dan Aleks Skottu və "Monako"dan Lamin Kamaranı transfer etmək imkanını nəzərdən keçirir.
Newsport.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, Skott Andoni İraolanın təyinatından sonra mersisaydlıların prioritet transfer hədəfləri sırasına daxildir. İngiltərəli futbolçu artıq "Bornmut"da ispaniyalı mütəxəssislə birlikdə çalışıb.
23 yaşlı yarımmüdafiəçinin keçidi "Liverpul"a təxminən 100 milyon funt-sterlinqə başa gələ bilər. Futbolçu ilə "Çelsi" də yaxından maraqlanır.
Mərkəzi gücləndirmək üçün Kamara daha münasib variant ola bilər. Ötən yay seneqallı oyunçu "Çelsi"yə keçməyə yaxın olsa da, "Monako" danışıqların son mərhələsində müqavilədən imtina edib.
"Transfermarkt"ın qiymətləndirməsinə görə, Skottun bazar dəyəri 70 milyon avro, Kamaranın isə 55 milyon avrodur.
Premyer Liqada hazırda "Liverpul" lider "Mançester Siti"dən 9 xal geri qalaraq beşinci pillədə qərarlaşıb.