Millimizin açıq məşqi olacaq

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında mübarizə aparacaq Azərbaycanın U-16 futbol millisi hazırlıqlarını davam etdirir.

Newsport.az xəbər verir ki, komandamızın açıq məşqi oktyabrın 22-də saat 16:30-da Hövsan Yarış Kompleksində təşkil olunacaq. Mətbuat nümayəndələri hazırlıq prosesinin ilk 15 dəqiqəsini izləyə biləcəklər. Məşqdən öncə yığmanın baş məşqçisinin iştirakı ilə media üçün brifinq təşkil ediləcək.

Təmsilçimiz turnirdəki ilk matçına oktyabrın 24-də saat 19:30-da “Crystal Hall”da Timor-Leste millisinə qarşı çıxacaq.

Komandamız oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya ilə üz-üzə gələcək. Oktyabrın 26-da isə millimiz saat 11:30-da İsrail, 18:15-də isə Haiti yığması ilə qüvvəsini sınayacaq. Bu oyunların hamısı Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

Oktyabrın 30-dək davam edəcək FIFA U-15 Dünya Çempionatı və Festivalında 189 ölkənin təmsil olunması və ümumilikdə minə yaxın qarşılaşmanın təşkili planlaşdırılır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right