“PSJ ilə yenidən qarşılaşma ehtimalımız yüksəkdir”

“Barselona” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda səfərdə PSJ-yə 2:4 hesabı ilə məğlub olub.

Newsport.az “TNT Sports BR”-ə istinadən xəbər verir ki, oyundan sonra Kataloniya klubunun hücumçusu Rafinya Dias PSJ ilə pley-off mərhələsində yenidən qarşılaşmaq ehtimalı barədə danışıb:

“Pley-off mərhələsində PSJ ilə yenidən qarşılaşma ehtimalımız yüksəkdir. Niyə də olmasın? Onlar hazırkı çempionlardır, biz isə titul uğrunda mübarizə aparırıq. Qələbə uğrunda mübarizə aparan iki güclü komanda… Bu, tamamilə mümkündür”.

“Barselona” Çempionlar Liqasının 4-cü turunda doğma meydanda “Aston Villa”nı qəbul edəcək. Kataloniya klubu həmçinin, turnirin 5-ci turu çərçivəsində Bakıda “Sabah”ın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right