“Borussiya” başqa səviyyədir, “Slaviya” deyil” - Pokatilov

“Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Dortmund “Borussiya”sına 1:2 hesablı məğlubiyyəti şərh edib.

Newsport.az xəbər verir ki, Qazaxıstan millisinin üzvü asnews.kz saytına açıqlamasında komandasının layiqli mübarizə apardığını bildirib.

“Ən azı məğlub olmamağı çox istəyirdik. Bunun üçün imkanlarımız da var idi. Amma “Borussiya” “Slaviya”dan fərqli olaraq başqa səviyyədir. Debütant komanda kimi layiqli mübarizə apardıq, xüsusilə oyunun ilk dəqiqələrində yaxşı təsir bağışladıq. Bu ruhda davam edəcəyik”, – deyə qolkiper vurğulayıb.

Pokatilov “Slaviya” ilə görüşdən sonra həftənin rəmzi komandasına düşməsini də dəyərləndirib. O, şəxsi uğurlardan daha çox komandanın nəticəsinin vacib olduğunu qeyd edib.

Qazaxıstanlı qapıçı Çempionlar Liqasının əsas mərhələsində oynamağı uşaqlıq arzusu adlandırıb və bunun ölkəsinin gənc futbolçuları üçün böyük motivasiya olduğunu bildirib.

Qeyd edək ki, üç turdan sonra 3 xalı olan “Sabah” növbəti oyununu noyabrın 4-də Norveçdə “Vikinq”ə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right